Müğənni Təranə Qumralın sosial şəbəkədə canlı yayımda söylədiyi fikirləri birmənalı qarşılanmayıb.
Adalet.az xəbər verir ki, müğənni tanımadığı kasıb insana dəstək olmaq istəmədiyini söyləyib:
“Deyirlər ki, kasıba əl tutmaq savabdır. Bunu mən də bilirəm. Amma kasıbın da ağlı var, kasıb olmasın. Zəhmət çəksin, işləsin, qazansın. Deyirlər ki, kasıblara əl tut. Burdakı kasıblar yalançı kasıblardır. Kasıb var ki, onun heç telefonu olmur. Amma kimsə telefonu varsa, bu gün internetələ sosial şəbəkədə canlı yayıma qoşula bilirsə, ona kasıb demirəm. Mənim öz tanıdığım kasıb adamlar var ki, onlara dəstək oluram. Çünki onların həqiqətən dəstəyə ehtiyacı var. Kasıb tanıyıram ki, heç telefonu yoxdur”.
Əntiqə