AZ

Pəhləvidən Trampa çağırış: “Hazıram”

İran rejiminin devrilmiş lideri Şah Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvi ABŞ-nin Prezidenti Donald Trampa çağırış edib. 

"Cebheinfo.az" xəbər verir ki, Pəhləvi İranda davam edən etirazlarla bağlı "Fox News"-a danışıb. ABŞ Prezidenti Donald Trampa müraciət edən Pəhləvi belə deyib: 

“Cənab Prezident, siz artıq sülhə və şərə qarşı mübarizəyə həsr olunmuş bir şəxs kimi öz irsinizi yaratmısınız. Siz Barak Obama və Co Baydendən tamamilə fərqlisiniz. Ümid edirəm ki, İranı azad etməklə bu irsi əbədi edə bilərik. Beləliklə, biz və siz İranı yenidən böyük bir ölkəyə çevirə bilərik. Bu məsələdə birlikdə işləyək. İlk fürsətdə İrana qayıtmağa hazıram”. 

Prosesə rəhbərlik etməyə hazır olduğunu bildirən Pəhləvi əlavə edib: “Lakin bu məsələdə son qərar xalqa məxsusdur. Mənim hazırkı vəzifəm bu keçidi təmin etməkdir. İnsanların adımı çəkməsinin səbəbi mənə olan etimaddır”.

ABŞ Prezidenti Tramp isə Pəhləvi ilə görüşüb-görüşməyəcəyi sualına belə cavab verib: “Hazırkı mərhələdə bunun uyğun olub-olmadığına əmin deyiləm. Kimlərin önə çıxacağını izləməliyik”.

Seçilən
47
cebheinfo.az

1Mənbələr