AZ

Ditigal Bolkart və yeni tərzi qarşılayın - Bank of Baku-dan ikiqat yenilik!

Ölkənin seçilən banklarından olan Bank of Baku rəqəmsallaşma yolunda növbəti addımlarını atıb.

FED.az xəbər verir ki, Bank of Baku Bolkartın rəqəmsal versiyası - Digital Bolkart-ı da müştərilərin istifadəsinə verib. Eyni zamanda, Bolkart artıq yenilənmiş loqo və kart dizaynı ilə müştərilərin sevimlisi olmağa davam edəcək.

Yeni dizaynda Bank of Baku-nun korporativ rənglərinə əsaslanan daha modern və parlaq tonlara üstünlük verilib. Daha dərin mavi rəng palitrası, minimalist xətt elementləri və yeni loqo Bolkart brendinin etibarlılıq, səmərəlilik və rahatlıq dəyərlərini vizual olaraq gücləndirir.

Bankın Bolkart-la bağlı etdiyi əsas yeniliklərdən biri isə Bolkart-ın rəqəmsal versiyasının müştərilərə təqdim olunması oldu.

DİGİTAL BOLKART artıq Dostbank-da!

Belə ki, indi müştərilər bankın Dostbank tətbiqi vasitəsilə Digital Bolkart debeti qısa zamanda sifariş edə və kartın bol imkanlarından faydalana bilərlər.

  • Kart qalığına gündəlik əsasda İLLİK 9%-dək GƏLİR (yalnız AZN üçün);
  • KARTDAN KARTA KOMİSSİYASIZ KÖÇÜRMƏ – aylıq 2000 AZN-dək komissiyasız;
  • NFC texnologiyası ilə təchiz edilmişbankomatlarda RAHAT NAĞDLAŞDIRMA;
  • BOL KEŞBEK – hər ay Dostbank-da 3 keşbek kateqoriyası seçilməlidir.

Müştərilər Digital Bolkart-da kart qalığının 100-1000 AZN-dək hissəsinə 9 %, 1000 AZN-dən yuxarı hissəsinə isə 5 % gəlir qazanacaq. Gəlirlər gündəlik olaraq kart balansına yüklənəcək.

Qeyd edək ki, Digital Bolkart-ı 3 valyutada – AZN, USD, EUR olaraq ödənişsiz sifariş etmək mümkündür. Bir müştəri hər valyutadan 1 ədəd olmaqla ümumilikdə 3 Digital Bolkart sahibi ola bilər. Sözügedən kartın istifadə müddəti isə 60 aydır.

Seçilən
25
9
fed.az

10Mənbələr