İranda etiraz aksiyalarında indiyədək 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşı həyatını itirib.
"Reuters"in məlumatına görə, bazar günü yayılan hesabatda bildirilib ki, iğtişaşlar İslam Respublikasının 2022-ci ildən bəri üzləşdiyi ən böyük kütləvi etiraz dalğalarından biri fonunda baş verib.
Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp yenidən sərt açıqlama verərək, etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə ABŞ-ın müdaxilə edə biləcəyini bildirib. Trampın bu təhdidlərinə cavab olaraq İran tərəfi ABŞ-ı "səhv hesablama" etməməyə çağırıb və mümkün müdaxilə halında ABŞ hərbi bazalarının hədəf alınacağı ilə hədələyib.
Eyni zamanda, İsrail mənbələri ABŞ-ın İrana mümkün müdaxiləsi ehtimalı fonunda İsrailin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.
Qeyd olunur ki, bölgədə artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik risklərini daha da yüksəldir və beynəlxalq ictimaiyyət vəziyyəti yaxından izləyir.
.jpg)