Fransanın “Sent-Etyen” klubu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.
Msport.az xəbər verir ki, Elvinin bu qış transfer edilməsi üçün “Qarabağ”la danışıqlar gedir.
Elvin Cəfərquliyev bir neçə ildir ki, “Qarabağ”ın uğurlarında böyük rol oynayır, xüsusən Avropa turnirlərindəki çıxışları ilə diqqət çəkir. Yazıda 25 yaşlı müdafiəçinin 2025-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçildiyi və bu mövsüm sabit çıxışı ilə seçildiyi qeyd olunub.
“Sent-Etyen”in son illərdə bir neçə gənc futbolçu aldığı və Cəfərquliyevin də bu siyasətə uyğun bir seçim olduğu bildirilib.
Qeyd edək ki, “Sent-Etyen” hazırda Fransanın 2-ci liqasında çıxış edir və 18 turdan sonra 31 xalla 4-cü pillədə qərarlaşıb.