AZ

Çin maşınları “təkərli tabut”a ÇEVRİLİR: Qapılar kilidlənir, sürücü ÇIXA BİLMİR – VİDEO

Çin avtomobilləri kütləvi şəkildə “təkərlər üzərindəki tabutlara” çevrilir.

İnterpress.az xəbər verir ki, Çin istehsalı olan avtomobillərlə bağlı ciddi təhlükəsizlik problemi ortaya çıxıb.

Məlumata görə, “Chery Tiggo” markalı avtomobillərin qapıları öz-özünə bloklanır və sürücülər salonda köməksiz vəziyyətdə qalırlar.

KİV bu nasazlığa görə həmin maşınları artıq “təkərli tabut” adlandırmağa başlayıb.

Əsasən sürücü qapısının kilidləndiyi bildirilir. Bəzən qapını pəncərədən istifadə edərək açmaq mümkün olsa da, qış aylarında şaxta səbəbindən şüşəqaldıranlar işləmədiyi üçün bu üsul da effekt vermir.

Problemin səbəbi kimi kilidin elektrik motoruna kondensatın (nəmişliyin) yığılması və donması göstərilir.

Nəticədə qapı tutacağı funksiyasını itirir, hətta salondakı əl ilə açma düyməsi də soyuqdan işləmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
interpress.az

1Mənbələr