AZ

Sabah Bakıya QAR YAĞACAQ

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 13-dən 14-nə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Seçilən
80
49
publika.az

10Mənbələr