İsrail Baş naziri Benyamin Netanyahu İrandakı etirazları yaxından izlədiklərini bildirib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında İranda 16 gündür davam edən etirazlarla bağlı açıqlamalar verib.
Netanyahu Tel-Əviv administrasiyasının prosesi yaxından izlədiyini və etirazların ölkə daxilində yayıldığını bildirib və əlavə edib ki, İsrail cəmiyyəti İran xalqının göstərdiyi cəsarəti yüksək qiymətləndirir.
Netanyahu İsrailin İran xalqının azadlıq uğrunda mübarizəsinin arxasında durduğunu və günahsız mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsini pislədiyini bildirib.
İran xalqının tezliklə məruz qaldığı zülmdən azad olacağını iddia edən Netanyahu, həmin günün gəlişi ilə iki ölkənin yenidən yaxın müttəfiq olacağını iddia edib.