AZ

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılır.

Bizim.Media xəbər verir ki, ənənəvi olaraq faciənin ildönümü ilə əlaqədar xiyabanın girəcəyində Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılacaq.

Bu işlərə adətən təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunur.
 

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür, zədələnmiş plitələri dəyişdirir, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. 


Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Bizim.Media

Seçilən
54
5
bizim.media

7Mənbələr