İranda keçirilən etiraz aksiyaları zamanı məşhur rejissor Cavad Gənci hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hengaw” məlumat mərkəzi məlumat yayıb.
İranın “Tasnim” agentliyi isə rəsmi dairələrə istinadla yaydığı məlumatda paytaxt Tehranda gərginliyin azaldığını bildirib.
Qeyd olunub ki, 11 yanvar bazar gecəsi Tehranda son bir neçə gün ərzində ən sakit gün olub./Axar.az