AZ

Dövlət Neft Fondunun daşınmaz əmlak yatırımları - SİYAHI

Bakı. Trend:

2025-ci ilin 30 sentyabr tarixinə Dövlət Neft Fondunun daşınmazəmlak altportfeli 4,681 milyard ABŞ dolları təşkil edib.

Trend xəbərverir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Məlumata əsasən, Fond London şəhərinin West End səmtində, SeyntCeyms 78 ünvanında yerləşən dəyəri 195,8 milyon funt sterlinqtəşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi“Tverskaya 16” ünvanında yerləşən və dəyəri 2,823 milyard Rusiyarublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Parisşəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 192,4 milyonavro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərindəyerləşən və dəyəri 56 154 mln. yapon yeni təşkil edən ticarətmərkəzinə investisiya edib. Vurğulanıb ki, bundan əlavə daşınmazəmlak altportfelinə “PGIM”, “PAG”, “E-Shang Redwood”, “GawCapital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”,“BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co”, “FLESICAV-FIS”, “Prologis”, “Charter Hall”, “Brookfield”, “Niam”,Beynəlxalq Maliyyə Korporasiyası, “EQT”, “Global InfrastructurePartners (GIP)” tərəfindən idarə olunan fond investisiyaları;“Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olaninvestisiyalar; “PGIM”, “Gaw Capital”, “KIC” və “AroundTown”, “KKR& Co. Inc”, “Lunate”, “Carlyle Group”, “GIP” və “Brookfield”şirkətləri ilə birlikdə müştərək investisiyalar; eləcə də “EnfinityGlobal”-ın bərpaolunan enerji layihəsinə edilmiş birbaşainvestisiya da portfelə daxil olub.

“Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2025-ci ilin9 ayı ərzində daşınmaz əmlak alt portfelinin həcmi 1,144 milyard.ABŞ dolları artıb, artıma səbəb kimi Səhmlər alt portfelinə daxilolan 571,1 milyon ABŞ dolları həcmində infrastrukturinvestisiyaları yenidən təsnifləşdirilərək Fondun Daşınmaz əmlakalt portfelinə əlavə edilməsi və Fondun Borc öhdəlikləri və pulbazarı alt portfelindən çıxarılmış vəsait hesabına əlavə olaraq bualt portfelə vəsaitin cəlb edilməsi və məzənnə fərqi üzrəgəlirlilik hesabına olub”, - məlumatda əlavə edilib.

Seçilən
74
az.trend.az

1Mənbələr