
Çin ABŞ-ı Kubaya qarşı blokada, sanksiyalar və hər hansı təzyiq tədbirlərini dərhal dayandırmağa çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Kubaya Venesueladan neft və pul göndərilməyəcəyini açıqlamasına münasibət bildirərkən deyib: “Çin ABŞ-ı dərhal blokadanı dayandırmağa, sanksiyaları ləğv etməyə və Kubaya qarşı hər hansı təzyiqi dayandırmağa, eyni zamanda regional sülh və sabitliyi təşviq edən tədbirlər görməyə çağırır”.
Bundan əvvəl Tramp Havananı Karakas üçün təhlükəsizlik xidmətləri göstərməkdə ittiham edib. ABŞ lideri Venesueladan Kubaya neft tədarükünün dayandırılacağını açıqlayıb.