AZ

Avtobusda soyğunçuluq edən 3 nəfər saxlandı



Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

ZÜMRÜD

Seçilən
68
19
baki-xeber.com

10Mənbələr