“Barselona”nın hücumçusu Rafinya İspaniya Super Kubokunun finalında “Real Madrid” üzərində qazanılan qələbəni (3:2) şərh etdi. Həmin oyunda braziliyalı iki qol vuraraq matçın ən yaxşı oyunçusu seçildi. “Deməzdim ki, bu, mənim ən yaxşı dövrümdür. Özümə qarşı tələbkaram. Həmişə komanda üçün əlimdən gələni etməyə, müdafiədə və hücumda kömək etməyə çalışıram. “Barselona” formasını geyinəndə əsas məqsəd titullar uğrunda mübarizəyə çevrilir. Biz titullar uğrunda mübarizə aparmağa davam edəcəyik.
“Əgər Hans-Dieter Flik “Barselona”ya gəlməsəydi, mən komandadan gedərdim. O, hər şeyi dəyişdirdi, mənə vacib oyunçu olacağımı dedi. Özünəinam oyunçunun ehtiyac duyduğu ən vacib şeydir”, – deyə Rafinya “Barca Universal”a bildirib.
“Barselona” İspaniya Super Kubokunu 16-cı dəfə qazandı və rekord qırdı. Keçən il “Barselona” finalda “Real Madrid”i 5-2 hesabı ilə məğlub etmişdi. Rafinya yenidən iki qol vurdu.