AZ

ABŞ-li rəsmilər Qrenlandiya üçün danimarkalı rəsmilərlə görüşəcək

ABŞ-li rəsmilər Qrenlandiya üçün danimarkalı rəsmilərlə görüşəcək

ABŞ mətbuatı Vaşinqton administrasiyasının Qrenlandiya məsələsini müzakirə etmək məqsədilə Danimarka rəsmiləri ilə bir araya gələcəyini iddia edib.

CBS News-ə danışan diplomatik mənbələr ABŞ-nin Danimarkaya məxsus muxtar bölgə olan Qrenlandiyaya nəzarət cəhdləri ilə bağlı yeni hadisələr barədə məlumat veriblər.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton rəhbərliyi Qrenlandiya mövzusunu müzakirə etmək üçün çərşənbə günü danimarkalı rəsmilərlə görüşəcək.

Sözügedən görüşlə bağlı məlumat ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Konqresdə Trampın Qrenlandiyanı satın almaqda maraqlı olduğunu deməsindən sonra gündəmə gəlib.

Rubio “Mən burada Danimarka və ya hərbi müdaxilə məsələsini müzakirə etmək üçün deyiləm. Gələn həftə onlarla görüşəcəyəm. Bu mövzuları həmin vaxt danışacağıq” ifadələrini işlətmişdi.

Seçilən
16
1
afn.az

2Mənbələr