AZ

Dövlət Komitəsi: Beyləqanda zorakılığa məruz qalan 15 yaşlı yeniyetmənin vəziyyəti qiymətləndirilib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Baş vermiş hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanın ailəsi eləcədə, yeniyetmənin vəziyyəti qiymətləndirilib.

Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ötən gün Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
5
apa.az

10Mənbələr