Qrenlandiyanın gələcəyini yalnız adanın sakinləri müəyyən edə bilər.
Redaktor.az-ın məlumatına görə, bu barədə Danimarkanın ABŞ-dəki səfiri Yesper Möller Sörensen Prezident Donald Trampın xüsusi nümayəndəsinin Qrenlandiyanın “işğalı” ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
Sörensen qeyd edib ki, əsrlər boyu Qrenlandiya Danimarka krallığının bir hissəsi olub. O əlavə edib ki, bu fakt bir neçə dəfə ABŞ və BMT tərəfindən, həmçinin beynəlxalq səviyyədə tanınıb.