Bəyanatda vurğulanır: "İran rejimi dəhşətli repressiya və qorxutma siyasətini dayandırmalı, öz vətəndaşlarının fundamental hüquqlarına hörmətlə yanaşmalıdır. Kanada cəsur İran xalqının yanındadır".
Xatırladaq ki, İranda hökumət əleyhinə etirazlar artıq iki həftədən çoxdur davam edir. İnsan tələfatı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. "İranda İnsan Hüquqları Aktivistləri" qrupunun məlumatına görə, iğtişaşlar zamanı 500-dən çox insan həyatını itirib. Ölənlərdən 490-ı nümayişçi, 48-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bundan əlavə, aksiyalar zamanı 10 600-dən çox şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31