ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrandakı repressiya qüvvələrinin Abdanan şəhərində insanlara birbaşa atəş açmasının görüntüləri yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.
Videoda İslam Respublikasının repressiya agentlərinin İlam əyalətinin Abdanan şəhərində insanlara birbaşa atəş açdığı göstərilir.
Qeyd edək ki, İranda hakimiyyət əleyhinə etirazlarda öldürülənlərin sayı 500-dən çoxdur. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm göstəriləndən dəfələrlə artıqdır.
Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.