AZ

Vaxtilə, 1973 cü ildə Nəsimi Nəbizadənin atası... Həmid Herisçi

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

Qaçaq Nəsimi

Bu dəfə ağ xalatlı sanitarlar yox, qara pişiklər açdı, araladı cırıltılı qapını,

Bu dəfə uzun soyuq dəhlızdə anan yox, küləklər, şeytanlar pıçıldadı

Adını...

Daraqdan yaxşı daradı bu dəfəki dəli külək.

Vız saçlarını...

Araladı açılmaz düyünlü qaşlarını...

Araladı kor divarların qara daşlarını...

İndi o qara pışikdən,

Divardakı dəlikdən soruşun

Hadisələrin ardını...

Bilirəm, indidən görürəm o qara pışiyin

Məhşər gününəcən səndən ayrılmayacağını!

Divardakı dəliyi drellə qazanacan,

Bütün rəqəmləri xərclədi.

Qapındakı işıq sayğacı!

Çatımızın, saytımızın admini...

Ziyalılarımızın ən aydını,

qışqırdılar sosial şəbəkələrdə: "Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı!!!"

AzTV-də səninçün darıxan ağlağan telekameranı

Göndərəcəm çəksin təkadamlıq dustaq kameranı.

Vaxtilə, 1973-cü ildə Nəsimi Nəbizadənin atası,

eynəyini gözünə taxdı,

"Nəsimi" filminə baxdı,

Adı

beşikdəki övladına seçdi

bu faciəli baxtı...bu adı...

Sonra onu bu adın, bu filmin dəli hökmünə buraxdı...

Ahhh...bax, bu saçı ağardıqca

sifəti qaralan azərbaycanlılar...

Növbəti Nəsiminin qiymətini,

axşam bazarının ucuz qiymətləriylə hesabladılar...

Səni qul kimi, gül kimi satdılar....

Səni qazamatdan əvvəl reabilitasiya mərkəzinə saldılar...

Orda səni sələfi, fetoçu, nurçu mollalarla darıxdırdılar...

Axırda Nəsimi Nəbizadəni öz kayfından ayıltdılar,

Nəsimiyə, Koroğlunun bu acı misrasını xatırlatdılar:

- Həmzə, incitmə Qıratı...

Əvvəl Bakı küçələrindəki bütün yiyəsiz köpəklər çipləndi...

Sonra oğrulara elektron bilərziklər geyindirildi...

Ancaq kimsə qaçıb bu kütləvi çiplənmədən gizləndi...

Elə ki, növbə gəlib çatdı reabilitasiya mərkəzlərinə,

Ordakı taleyi tərslərə,

Nəsimi Nəbizadəyə,

O öz Nəsimi adına, öz "Nəsimi" filminə qayıtdı...

Atdı çiynindən ağır tale çadrasını.

Əla!

Valla!

Çaldın bu əclafların halvasını!

Pozdun kayfını...

Alqışlayıram zəmanəmizin yeni, modern qaçağını!

Baş ucalığını,

Qaş ucalığını!

Təbrizdə

Küləyin səmti haqda

Ən dəqiq məlumat

Saçlarında qorunursa,

Dünyayi-aləmin bundan xəbəri yoxdursa...

Avtomobil təkərlərini bəzəyən

əlvan qapaqlar,

küçələrdəki cəsədlərnizə

güzgü tutursa,

dünyanı ancaq qorxutmayırsa

"Euronews" telekanalında.

"BBC Farsi" icmalında...

əyninizdəki qanlı paltarlar,

bədəninizin fəqət

bir kasıb qonşusudursa,

eyni zamanda...

Həyat bu gecəni

qara qəbirdaşı kimi yonubsa,

valla, sənin adına...

hamı səni unudubsa...

dostlar əlin dizinə

vurubsa,

lap axırda...

Doğma atanın üzünə söyürsə bir vələdüzzina...

Məhəmmədrza Pəhləvınin oğlu,

daş atırsa bir qarının toyuğuna,

"Haqqın. az" saytı,

onun bir milyon qeqabaytı

Pəhləvini daim tirajlayırsa...

Qan dolubsa ovcuna...

İlon Maskın "Starlink" interneti səni almırsa

öz dostluğuna...

Ancaq İranın tabutunu yonacaq rəndə,

Yenə səndədir, Təbrizdədi,

Təbrizdə.

Səndədir bütün başları əzəcək

Ən ağır

Həvəngdəstə!

10 məşhur əsərin yaddaşlarda iz qoymuş ilk və son cümlələri

“Zootopia 2” ən çox gəlir gətirən animasiya filmi oldu

Heç bir şey deməsən, sussam, sussan, sussaq... - Cemal Süreyanın şeirləri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
kulis.az

2Mənbələr