AZ

Elçin Əmirbəyov: Yaşıl enerji Azərbaycan və Niderland üçün yeni imkanlar açır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın "yaşıl enerji"yə keçidi Niderlandla ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Haaqada ekspertlərlə görüşündə bildirib.

"Bu, (yaşıl enerji - red.) Niderlandla Azərbaycan arasında ikitərəfli iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilə biləcəyi sahələrdən biridir. Çünki Niderland qabaqcıl texnologiyalar, eləcə də nou-haularla bu sahədə liderlərdən biridir və biz bu sahədə tərəfdaşlığımızı genişləndirən bir ölkəyik", - "JASON Institute for Peace and Security Studies" E.Əmirbəyovun sözlərini sitat gətirib.

Ekspertlərlə söhbət zamanı Prezidentin xüsusi nümayəndəsi, həmçinin rəsmi Bakının xarici siyasət prioritetlərinə toxunub, xüsusilə Azərbaycanın Mərkəzi Asiya regionu ilə ittifaqının əhəmiyyətini vurğulayıb:

"Mərkəzi Asiya təbii sərvətlərin bolluğu və vacib strateji geoiqtisadi mövqeyinə görə bir çox böyük oyunçuların marağını cəlb edən bir regiondur. Lakin qərb nöqteyi-nəzərindən yanaşsaq, Azərbaycan Avropadan Mərkəzi Asiyaya təbii qapıdır".

E.Əmirbəyov, həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin gücləndirilməsini xatırladıb, nəticədə "C5" formatı "C6" formatına çevrilib. Onun fikrincə, bu yeni reallıq "Xəzər dənizini ayırıcı xətt kimi deyil, regionu birləşdirən element kimi yenidən düşünməyə imkan verəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
3
bizimyol.info

5Mənbələr