AZ

6 ildi ölkəsində rəqib tanımır!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Norveçdə 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Sorğunun nəticəsi heç kimi təəccübləndirməyib."Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holann növbəti dəfə bu ada layiq görülüb. Bu haqda Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ardıcıl 6-cı dəfə bu nominasiyanın qalibi olub. Ondan əvvəl Norveçdə ilin ən yaxşı futbolçusu seçilən sonuncu oyunçu 2019-cu ildə bu mükafatı qazanan Martin Edeqor olub.Erlinq 2025-ci ildə klub səviyyəsində bütün turnirlərdə 49 oyuna çıxaraq 42 qol vurub və 8 məhsuldar ötürmə edib. O, milli komandanın heyətində il ərzində keçirdiyi 10 oyunun hamısında fərqlənərək ümumilikdə 17 qol vurub və 2 dəfə assist edib. Norveç yığmasının bu il keçiriləcək dünya çempionatına vəsiqə qazanmasında onun böyük rol oynadığını da vurğulayaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
icma.az

2Mənbələr