Seneqal millisinin və “Əl-Nəsr”in vingeri Sadio Mane karyerasını yenidən Avropada davam etdirə bilər.
Apasport.az “Tuttomercato”ya istinadən xəbər verir ki, başda “Milan” olmaqla Avropanın daha bir neçə klubu 33 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Manenin Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustdan “Əl-Nəsr”in üzvüdür.
Sadio “Metz”, “Zaltsburq”, “Southempton”, “Liverpul”, “Bavariya”nın futbolçusu olub.
"Qarabağ" Özbəkistan təmsilçisi ilə qarşılaşacaq
Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub
Qara Qarayev Azərbaycan millisində işə başlayıb
“Sabah” “Şamaxı”nı məğlub edib
Günün oyunları bu kanallarda