Gələn ildən Azərbaycan Dillər Universitetində semestr imtahanları elektron formatda keçirilə bilər.Bu barədə ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı Metbuat.az-a açıqlamasında bildirib. O qeyd edib ki, hazırda universitetdə imtahanlar ənənəvi olaraq yazılı formatda təşkil olunur. Ancaq növbəti il üçün elektron imtahan sisteminə keçid nəzərdə tutulub.Sevinc İbrahimzadə / Metbuat.az