AZ

Günəşdə böyük aktiv mərkəz Yerə tərəf fırlanır

Alimlər Günəşdə böyük bir aktiv zonanı qeydə alıblar və yaxın zamanda o, Yerə tərəf fırlanacaq. Oxuməni.az-ın verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası öz Telegram-kanalında bu barədə məlumat verib.

Bu mərkəzdən növbəti plazma partlayışı baş verib, alışma təxminən gecə yarısı qeydə alınıb. Şüalanma öz maksimumuna səhər saat 3:30-da M3.3 səviyyəsinə çataraq nail olub. Baş verən alışma ilin əvvəlindən bəri ən güclüsü olub. Bu zonada son dörd gün ərzində yüksək aktivlik müşahidə olunub – astronomların fərziyyələrinə görə, bu ərazidə ən azı iki ən güclü, ən yüksək X-sinifə aid edilə bilən alışma baş verib.

Aktiv mərkəz Günəşin arxa tərəfində yerləşir, buna görə də alimlərin izah etdiyi kimi, atılan enerjinin əsas hissəsi bloklanıb və ümumilikdə öyrənilməsi çətindir. Laboratoriyanın məlumatında deyilir: "Bu halda qeydiyyat, alışmanın mənbəyinin üfüqdə birbaşa yerləşməsi və planetə Günəş atmosferinin yüksək təbəqələrindən şüalanmanın bir hissəsinin çatması sayəsində mümkün olub". Bu mərkəzi bir neçə gün ərzində Yer kürəsindən görmək mümkün olacaq, lakin alışma planetimizə heç bir təsir göstərməyəcək.

Almaz Həsənli

Seçilən
2
1
oxumeni.az

2Mənbələr