AZ

Kontedən çılğın davranışlar - Şəkillər

style='margin-bottom:10px;'>

“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının 20-ci turunda “İnter”lə oyunda meydandan qovulub.

QOL.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Hadisə matçın 70-ci dəqiqəsində yaşanıb. Baş hakim Daniele Doveri VAR-la məsləhətləşmədən sonra Amir Rrahmaninin Henrix Mxitaryana qarşı qayda pozuntusuna görə “Napoli”nin qapısına penalti təyin edib.

Hakimin qərarına kəskin etiraz edən Konte yan xətt yaxınlığında topa zərbə endirərək onu “İnter”in qapısı istiqamətinə göndərib, su butulkasını yerə çırpıb və ehtiyat hakimə yaxınlaşaraq ona qışqırıb. Bu davranışa görə baş hakim “Napoli”nin baş məşqçisinə qırmızı vərəqə göstərib.

Texniki zonanı tərk edərək tribunaltı otağa yollanan Antonio Konte bir neçə dəfə “Sizə ayıb olsun!” ifadəsini səsləndirib.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr