Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İspaniya Superkubokunun finalında "Barselona" ilə oyundan sonra "Real Madrid"in türkiyəli gənc futbolçusu Arda Güler diqqət mərkəzinə düşüb.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçdan sonra əsəblərini cilovlaya bilməyən futbolçu meydançanın kənarındakı əşyaya zərbə endirmək istəyib.
Həmin vaxt futbolçu sürüşərək kürəyi üstə yıxılıb. Tez ayağa qalxan futbolçu hirsli şəkildə paltardəyişmə otağına yollanıb.
Ardanın aqressiv hərəkətləri sosial platformalarda geniş yayılıb.
Qeyd edək ki, Superkubokun finalında "Barselona" "Real Madrid"i 3:2 hesabı ilə məğlub edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.