Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İstanbulda film və serial çəkilişlərinə dair yeni qaydalar tətbiq olunub.
Axşam.az xəbər verir ki, 2026-cı ildə qüvvəyə minən bu yeni "Film çəkilişi tətbiq etmə" qərarına əsasən şəhərdə çəkilişlərin daha planlı, nizamlı və həm sakinlərə, həm də prodüserlərə uyğun şəkildə aparılması hədəflənir.
Qaydalara görə İstanbul şəhəri üç əsas çəkiliş zonasına bölünüb. Hər zonada çəkiliş saatları, götürülə biləcək texnika sayına görə fərqli tənzimləmələr müəyyən edilib. Çəkiliş saatlarına dair də spesifik vaxt məhdudiyyətləri qoyulub. Məsələn, bəzi zonalarda qışda gecə yarısına, yayda isə səhər saatlarına qədər çəkilişlərə icazə verilə bilər.
Ölkə saatı ilə 23:00-06:00 arası çəkilişlər üçün xüsusi gecə zonaları yaradılıb və bu zaman çərçivəsində çəkilişlərə icazə verilir.
Bundan əlavə, ictimai yerlərdə çəkiliş etmək üçün ən az 7 gün əvvəl müvafiq qurumlara müraciət etmək məcburi olub. Belə ki, eyni anda iki çəkiliş arasında ən az 1 km məsafə saxlanılmalıdır.
Bu qaydalar çəkilişlərin xətasız şəkildə aparılması, şəhər həyatının normal axarının qorunması və həm yerli, həm də xarici prodakşnların daha səmərəli işləməsi məqsədini daşıyır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.