AZ

Prokurorluq Mübariz Mənsimovla bağlı məlumat yaydı

Xəbər veridiymiz kimi, Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun adı “Ekol TV” ilə bağlı “çirkli pul”ların yuyulmasında hallandırılıb.

“Cebheinfo.az” xəbər verir ki, Türkiyənin Küçükçekmece Cümhuriyyət Baş Prokurorluğu mətbuat üçün rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:

“09.01.2026 tarixində bəzi media orqanlarında Mübariz Mənsimovun adının “Ekol TV” ilə bağlı “çirkli pul”ların yuyulması iddiaları çərçivəsində hallandırılması həqiqətə uyğun deyil və yayılan məlumatlar tamamilə əsassızdır.

Qeyd olunan xəbərlərdə, “Ekol TV” üzərindən “çirkli pul”ların yuyulması iddiası ilə başlanan istintaqda guya əsas şübhəli şəxs Veysel Şahinlə yanaşı, Mübariz Mansimov, İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şen də daxil olmaqla 12 nəfərin yer aldığı dosyenin səlahiyyətsizlik qərarı ilə İstanbul Respublika Baş Prokurorluğuna göndərildiyi iddia olunub.

Bildirilən bu məlumatlar reallığı əks etdirmir. Sözügedən iddialar həqiqətə uyğun deyil”.

Xəzər

“Cebheinfo.az”

Seçilən
40
2
cebheinfo.az

3Mənbələr