AZ

Ukrayna ordusu Xəzərdə əməliyyat keçirdi Lukoil”in qazma qurğularını vurdu + VİDEO

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Xəzər dənizində “Lukoyl” şirkətinə məxsus üç qazma qurğusuna zərbələr endirildiyini bəyan edib. Qurumun yaydığı məlumata görə, sözügedən obyektlər Rusiya ordusunun təminatında istifadə olunub.

Baş Qərargah bildirir ki, qurğulara dəyən zərərin miqyası hazırda dəqiqləşdirilir. Açıqlamada zərbələrin hansı silah növü ilə endirildiyi barədə məlumat verilməyib. Hadisə ilə bağlı hələlik müstəqil təsdiq mövcud deyil.

Qeyd edək ki, Ukrayna Baş Qərargahı bundan əvvəl də Xəzər dənizində Rusiyanın neft infrastrukturuna zərbələr endirildiyini açıqlamışdı. Belə ki, dekabr ayında Ukrayna tərəfi Xəzərdəki neft-qaz obyektlərinə hücumlar barədə bir neçə dəfə məlumat yayıb.

Dekabrın 14-də Ukrayna hərbi komandanlığının bəyanatına əsasən, pilotsuz uçuş aparatları ilə Qrayfer adına neft-qaz yatağında yerləşən qazma qurğusu vurulub. Bildirilib ki, hücum nəticəsində sutkalıq ümumi hasilatı 3500 ton olan 14 neft quyusunun fəaliyyəti tam dayandırılıb.

Dekabrın 20-də isə Ukrayna ordusu Xəzərdə yerləşən digər yataqda – Filanovski adına neft-qaz yatağındakı qazma qurğusuna zərbə endirildiyini açıqlayıb.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr