Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
9 yanvar gecəsi Kiyevin İES-5 və İES-6 stansiyalarında Rusiya zərbələri nəticəsində zədələnmiş avadanlıqlar hələ də təmir olunmayıb.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna parlamnetinin enerji komitəsinin üzvü Sergey Naqornyak "Kiyev 24" televiziya kanalına verdiyi açıqlamada deyib.
"Vəziyyət çox çətindir. Kommunal xidmət işçiləri, energetiklər və Dövlət Fövqəladə Hallar Xidməti 24/7 işləyir. Vəziyyət olduqca çətindir, amma insanlar işləyir və ümid edirəm ki, tədricən bütün şəhər sakinlərinə istilik təminatını bərpa edə biləcəyik", - deyə deputat bildirib. Lakin o, təmir işlərinin başa çatması üçün vaxt çərçivəsi göstərə bilməyib.
Hazırda Ukrayna paytaxtında şaxtalı günlər yaşanır. Rusiyanın Kiyevin enerji obyektlərinə hücumunun nəticələrindən danışan Sergey Naqornyak deyib ki, heç bir müdafiə strukturu düşmənin paytaxt İES-lərinə hücum etdiyi ballistik raketlərdən qoruya bilməz.
"Açıq danışmalıyıq ki, qoruyucu struktur yalnız elektrik stansiyasının müəyyən bir elementini PUA-lardan və ya qanadlı raketlərdən qoruya bilər, lakin elektrik stansiyasının özü heç bir şəkildə bütövlükdə qoruna bilməz", - deyə Sergey Naqornyak vurğulayıb.
Xəbər verildiyi kimi, 9 yanvar gecəsi Rusiya Kiyevin elektrik şəbəkəsinə daha bir hücum edib. Hücumun nəticələrinə görə, paytaxtda təcili elektrik kəsintiləri tətbiq edilib. Bu zərbə Kiyevin ən böyük birləşdirilmiş istilik elektrik stansiyaları olan 5-ci və 6-cı stansiyalara ciddi ziyan vurub.
Yanvarın 10-dan başlayaraq, Kiyevdəki çətin enerji vəziyyəti səbəbindən paytaxtın Dneprin həm sol, həm də sağ sahillərindəki hissələrində elektrik verilişi dayandırılıb. Kiyevin bütün istilik qazanxanalarına elektrik enerjisi verilməsi də kəsilib. Daha sonra istilik sistemi qismən bərpa edilib.
12 yanvar tarixinə olan məlumata görə, Kiyevin xüsusilə çayın sol sahilindəki ərazilərində, eləcə də Peçersk və Qoloseyevski rayonlarında elektrik kəsintiləri davam edir.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.