Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-ın Kolumbiya dairəsi prokurorluğu Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauell barəsində cinayət işi başladıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Pauellin ictimai açıqlamaları və xərclərlə bağlı hesabatların təhlilini əhatə edən istintaq noyabr ayında Kolumbiya dairəsinin prokuroru Janin Pirro tərəfindən təsdiqlənib. Qeyd olunur ki, Pirro ABŞ prezidenti Donald Trampın uzunmüddətli müttəfiqidir və bu araşdırma Pauellə qarşı yeni böyük hüquqi cəbhə” hesab olunur.
“Qanunun aliliyinə və demokratiyamızda hesabatlılığa dərin hörmətlə yanaşıram. Heç kim, o cümlədən Federal Ehtiyat Sisteminin sədri, qanundan üstün ola bilməz. Lakin bu misilsiz addımlar administrasiyanın təhdidləri və davam edən təzyiqləri fonunda dəyərləndirilməlidir”, – deyə Pauell bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.