AZ

İranda hakimiyyətə dəstək mitinqləri başladı

BAKI, 12 yanvar. TELEQRAF

İranın bir sıra şəhərlərində hakimiyyətə dəstək mitinqləri keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, aksiyalar paytaxt Tehran, Bircənd, Zahidan, Zəncan, İlam, Kerman, Qum, Rəşt, Həmədan və Şehr-e Kord şəhərlərində baş tutub.

İştirakçılar hakimiyyəti dəstəkləyən şüarlar səsləndirib, rejim əleyhinə son iğtişaşları pisləyiblər.

Seçilən
48
teleqraf.com

1Mənbələr