AZ

Piriç “Neftçi”dən GEDƏ BİLƏR

Bizim media saytına istinadən ain.az xəbər verir.

“Neftçi”nin qapıçısı Kənan Piriç komandadan ayrıla bilər. Bizim.Media xəbər verir ki, yeni baş məşqçi Yuri Vernidub Bosniya və Herseqovina yığmasının üzvündən narazıdır. 

 

Cari mövsümdə bütün oyunları əvəz olunmadan keçirən 31 yaşlı qolkiperin çıxışı ukraynalı mütəxəssisi qane etmir.

Bu səbəbdən o, Ukraynadan başqa qapıçı gətirməyə çalışır. Qeyd edək ki, mövsümün startı ərəfəsndə 2 illik müqavilə bağlayan Piriç isə başqa qolkiper gətiriləcəyi halda “Neftçi”də qalmayacaq. O, məşqçinin qərarını bildiyi üçün yeni klub axtarışına başlayıb. Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
bizim.media

2Mənbələr