AZ

NİİM sürücülərə növbəti dəfə müraciət edib 

Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil. Sürücülər bilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasında mobil telefon və ya digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır. Xüsusilə hərəkətin intensiv olduğu küçə və prospektlərdə bu cür hadisələr ölüm və xəsarət halları, nəqliyyat vasitələrinə ciddi zərər dəyməsi və süni nəqliyyat sıxlıqları ilə nəticələnir.

Aeroport şosesində baş verən qəza nəticəsində də metronun “Koroğlu” stansiyası, mərkəz istiqamətində yaranan nəqliyyat sıxlığı yol polisi əməkdaşlarının operativ müdaxiləsindən sonra aradan qaldırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində deyilir.

Bütün bunları nəzərə alaraq, NİİM sürücüləri yollarda daha diqqətli olmağa, düzgün ara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıran vasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağa çağırır.

Seçilən
61
23
azerbaijan-news.az

10Mənbələr