Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ekvadorda çimərlikdə asılmış beş insan başı tapılıb. Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.Məlumata görə, asılmış vəziyyətdə tapılmış başların yanında üzərində təhdid mesajı yazılmış taxta lövhə də olub.
"Kənd bizə məxsusdur. Balıqçıları soymağa və "vaksinasiya"ya (peyvənd) davam edin", - deyə taxta lövhədə yazılıb.
Başların 20-34 yaşlarında beş kişiyə məxsus olduğu bildirilir. Ekvadorda "vaksinasiya" adlı cinayət termini mövcuddur. Bu, vətəndaşlardan və biznes nümayəndələrindən dəstələr tərəfindən sistematik şəkildə pul qoparılmasını ifadə edir.
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.