Bakı. Trend:
Media şirkətləri süni intellekt xülasələri və çatbotlarınistifadəsi ilə istehlakçıların internetdən istifadə vərdişlərinindəyişdiyini qeyd edir və növbəti üç il ərzində saytlarına onlaynveb trafikin kəskin azalacağını gözləyirlər.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Reuters Jurnalistika Araşdırmalarıİnstitutunun 51 ölkədən 280 media lideri ilə apardığı yenihesabatda, qlobal media rəhbərlərinin axtarış sistemlərindən gələntrafikdə üç il ərzində 43% azalma olacağından narahat olduqlarıbildirilib. Hesabata görə, Google axtarışı artıq qlobal miqyasda33% azalıb, ABŞ üçün isə bu rəqəm daha yüksəkdir.
Hesabatda həmçinin qeyd olunur ki, "Google"ın süni intellekticmalları artıq ABŞ-də axtarış nəticələrinin təxminən 10%-ni təşkiledir və sürətlə digər ölkələrdə də yayılmaqdadır.
Qısa video və audio məzmunun populyarlığı artdıqca, mediaşirkətləri jurnalistlərini YouTube və TikTok kimi platformalardakontent yaradıcısı kimi fəaliyyət göstərməyə təşviq etməyiplanlaşdırır. Sorğuda iştirak edən menecerlərin dörddə üçü 2026-cıildə işçilərinin yaradıcı fəaliyyətini artırmaq niyyətindəolduqlarını, yarısı isə yaradıcılarla əməkdaşlıq edərəkməzmunlarının yayılmasına dəstək verəcəklərini bildirib.