AZ

Ermənistan Azərbaycan sayəsində 42 milyon dollar qənaət edib

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Azərbaycan ərazisindən benzin və dizel yanacağının idxalından əhəmiyyətli iqtisadi fayda əldə edir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Belə ki, Azərbaycandan əldə edilən yanacaq həcminin 7 min tona çatdırılması və yanacaq çeşidinin genişləndirilməsi artıq pərakəndə satış qiymətlərinin orta hesabla 80 dram azalmasına səbəb olub. Bu azalma dolayısı ilə  ev təsərrüfatları, müəssisələr və kənd təsərrüfatı sektoru üçün xərcləri birbaşa azaldıb.

Qeyd olunub ki, ümumi qənaət təxminən 16,4 milyard dram (42 milyon dollar) təşkil edə bilər. Təkcə fermerlər yaz tarla işləri zamanı təxminən 1,1 milyard dram (2,6 milyon dollar) qənaət edə bilərlər. Digər bir amil rəqabət səbəbindən digər idxalçılar tərəfindən yanacağın topdan satış qiymətlərinin azaldılması olub. Yanacağın həm Rusiya, həm də Azərbycandan idxalı asılılıq riskinin qarşısını alır.

Azərbaycandan ilk yanacaq isə Ermənistana 18 dekabr 2025-ci ildə yola salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
modern.az

3Mənbələr