ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yunan-Roma güləşi üzrə milliyə yeni baş məşqçi təyin edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Qurum Yay Olimpiya Oyunlarında ümumilikdə dörd qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb. Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.
Qeyd edək ki, İran yığması London-2012 Olimpiya Oyunlarında Bənanın rəhbərliyi altında üç qızıl medal qazanaraq İran güləşində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə bir qızıl və bir bürünc medal qazanıb. 2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib.
O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.
Yeni təyinatdan sonra seçilən məşqçilər korpusunda Azərbaycan millisinin məşqçisi, dünya və Avropa çempionu Həsən Əliyevin adı yer almır, bu isə idman ictimaiyyətində maraq doğurub.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.