ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Madrid “Real”ının baş məşqçisi Xabi Alonso İspaniya Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən sonra(2:3) işsiz qala bilər.
İdman.Biz xəbər verir ki, bu barədə İspaniya KİV-i məlumat yayıb.
Yanvarın 11-də Səudiyyə Ərəbistanında keçirilən qarşılaşma “Barselona”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə iddia edir ki, “Real” rəhbərliyi Xabi Alonsonun oyundakı qərarlarından ciddi narazıdır və klub daxilində böyük narahatlıq hökm sürür.
Bildirilir ki, yaxın günlərdə klub rəhbərliyinin iştirakı ilə iclas keçiriləcək və həmin toplantıda ispan mütəxəssisin gələcəyi ilə bağlı qərar verilə bilər. İstefa variantının da real ehtimal olduğu vurğulanır.
Qeyd edək ki, İspaniya çempionatında “Real” hazırda 19 oyundan 45 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid klubu lider “Barselona”dan dörd xal geri qalır.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.