AZ

Ombudsmandan monitorinq: Futbolda ayrı seçkiliyin qarşısının alınması üçün təkliflər hazırlanıb

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmin olunması məqsədilə müstəqil monitorinq aparıb.

İdman.Biz xəbər verir ki, monitorinq çərçivəsində milli qanunvericilik, beynəlxalq standartlar, FIFA və UEFA qaydaları, AFFA-nın intizam qərarları və digər mənbələr təhlil edilib, təklif və tövsiyələr hazırlanıb.

Araşdırma göstərir ki, futbolda bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, sahədə işlərin davamlı və sistemli şəkildə təkmilləşdirilməsi aktual olaraq qalır.

Monitorinqin nəticələri əsasında “Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizə” mövzusunda Hesabat hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Hesabatda mövcud vəziyyət və sahənin inkişafı üçün tövsiyələr əks olunub.

Qeyd edək ki, Hesabat Ombudsman Aparatına daxil olmuş müraciətlər və mediada dərc edilmiş məlumatlar əsasında hazırlanıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
icma.az

2Mənbələr