AZ

Yüksək Liqada 3 oyun keçiriləcək

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, qadınların yarışında iki təxirə salınan görüş baş tutacaq.

VII turdan təxirə salınan matçda "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i qəbul edəcək. II turdan təxirə salınan qarşılaşmada isə UNEC evdə "Abşeron"la üz-üzə gələcək.

Kişi voleybolçuların birinciliyində isə IX tura start veriləcək. "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Ordu" ilə qarşılaşacaq.

Qeyd edək ki, hər üç görüş saat 17:00-da başlayacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
fanat.az

5Mənbələr