ain.az bildirir, Fanat saytına əsaslanaraq.
"Kəpəz" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, müqavilə ilə "Sabah"a məxsus olan cinah hücumçusu Camal Cəfərovdur.
İndilik Camalın keçidi həllini tapmasa da, "bayquşlar"ın çalışdırıcısı Valdas Dambrauskasın oynatmadığı futbolçunun özü Gəncə təmsilçisinin baş məşqçi Azər Bağırovun rəhbərliyi altında çıxış etməkdə maraqlıdır. Əsasən "Sabah"ın dublunda mübarizə aparan 23 yaşlı ön xətt oyunçusu müntəzəm oynamaq variantına üstünlük verir. Hazırda tərəflər bu yöndə danışıqları davam etdirir.
Xatırladaq ki, Cəfərov ötən mövsüm "Kəpəz"də icarədə olub.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.