AZ

Zelenski Avropadan raket istəyib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Birinci prioritet hava hücumundan müdafiə raketləridir"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin Ukraynaya hava hücumundan müdafiə raketlərinin ehtiyatı ilə təmin etməli olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Birinci prioritet hava hücumundan müdafiə raketləridir. Təchizat Avropadakı anbarlardan tələb olunur. Raketlər anbarlardadır və biz bunu bilirik, hər şeyi bilirik”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu raketlər Ukraynada olmalıdır.

Bundan əlavə, Zelenski tərəfdaşlardan ABŞ-ın Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) proqramına yeni töhfələr vermələrini tələb edib. Bu proqram çərçivəsində iştirakçı ölkələr Ukrayna Silahlı Qüvvələri üçün silahları ABŞ ehtiyatlarından alırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
ayna.az

3Mənbələr