AZ

Ötən həftə 213 yanğına çıxış olub, 8 nəfər ölüb

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, ötən həftə ərzində 213 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 7 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
18
azvision.az

10Mənbələr