Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini uzatmaq barədə fərmanlarını təsdiqləməyi təklif edir.
KONKRET.az xəbər verir ki, fərmanlara əsasən, Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət 3 fevral 2026-cı il tarixindən etibarən 90 gün müddətinə uzadılıb.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci ilin fevral ayında elan edilib və o vaxtdan bəri bir neçə dəfə, hər dəfə 90 gün müddətinə uzadılıb. (yeni sabah)