AZ

Con Hilini Ukraynada "ölümün astanasında" olub

AzVision.az xəbər verir ki, Con Hilinini özünün bu barədə açıqlaması Böyük Britaniyanın Müdafiə nazirliyi tərəfindən Ukrayna üçün “Nightfall” uzaqmənzilli raketlərin hazırlanması layihəsi haqqında məlumatda sitat gətirilib.

“Hava hücumu siqnallarını eşitmək üçün kifayət qədər yaxın idik. Ciddi an idi”,- nazir deyib.

Rusiya Ukraynaya zərbələr endirib:ölənlər var | VİDEO
“The Sun” tabloidinin mənbəsinin iddiasına görə, Rusiyanın “Oreşnik” orta mənzilli raket sistemindənistifadə etməklə Ukraynadakı hədəflərə hücumu zamanı Con Hili Lvov yaxınlığında“ölümdən bir tük qədər aralı”olub.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Müdafiə nazirliyi yanvarın 9-na keçən gecə uzaqmənzilli dəqiqliyə malik silahlardan, o cümlədən “Oreşnik” raketindən istifadə etməklə Ukraynada kritik hədəflərə kütləvi zərbə endirilməsi barədə məlumat yaymışdı.

Nazirliyin iddiasına görə, bu zərbə Ukrayna tərəfinin ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdinə cavab olub.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
58
2
azvision.az

3Mənbələr