AZ

Elon Musk: Təqaüd anlayışı tarixə qarışacaq

Dünyanın ən varlı insanı, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri Elon Mask təqaüdlə bağlı diqqətçəkən açıqlama verib. 

Azreform.info xəbər verir ki, o, bu barədə “Moonshots with Peter Diamandis” podkastının son buraxılışında danışıb.

Mask insanların tezliklə təqaüd üçün pul yığmaq barədə narahat olmayacağını iddia edərək, gələcəkdə hər kəsin "universal yüksək gəlir"də olacağına inanıb.

Onun sözlərinə görə, bu halda indiki mənada təqaüd və yığım anlayışı öz aktuallığını itirəcək:

“Mənim tövsiyəm budur: 10 və ya 20 il sonranı düşünərək təqaüd üçün pul yığmaq barədə narahat olmayın. Bunun heç bir əhəmiyyəti qalmayacaq. Əgər dediklərimizin hər hansı biri reallaşarsa, təqaüd üçün yığım tamamilə mənasız olacaq.”

Həmidə İbrahimova

Seçilən
16
2
azreform.info

3Mənbələr