AZ

Sabiq “Qalatasaray”lı Braziliya klubunda – RƏSMİ

Braziliyanın “Qremio” klubu “Panatinaikos”un (Yunanıstan) futbolçusu Teteni heyətinə qatdığını rəsmən açıqlayıb.

Msport.az xəbər verir ki, bir vaxtlar “Qalatasaray”ın da formasını geyinmiş 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.

Futbolçunun transferinin 6,2 milyon avroya başa gəldiyi bildirilib.

Qeyd edək ki, “Qremio”nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya “Şaxtyor”a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında Türkiyə Superliqası klubuna cəlb olunmuşdu.

Seçilən
23
1
msport.az

4Mənbələr