Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Elnur Saleh oğlu Sadıxova məxsus “Muğan Məkanı” restoranında yoxlama keçirilib.
Bildirilib ki, baxış zamanı restoranda sanitar norma və qaydalarının pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və restoranın fəaliyyəti məhdudlaşdırılıb.





